Şagirdimizin Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçirilmiş yarışın qalibi olmuşdur.

25 fevral 2018-ci il tarixində məktəbimizin 4Ç sinif şagirdi Ramazanov İlkin Xeyrulla oğlu Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş taekvando (İTF) üzrə Bakı açıq birinciliyində I yerə layiq görüldüyünə görə həmin idarənin fəxri diplomuna layiq görülmüşdür.