Xocalı soyqırımına həsr olunmuş tədbirlər

   Xalqımızın qan yaddaşına yazılan Xocalı soyqırımına həsr olunmuş bir sıra tədbirlər təşkil edən məktəbimizin kollektivi bu gün də bu faciə qurbanlarını unutmur. Məktəbdə Xocalı soyqrımının iyirmi altıncı ildönümünün qeyd edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmış və direktor müavini Kamilə Kərimovanın rəhbərliyi ilə bir sıra tədbirlər həyata keçirilmişdir.

   Belə ki, məktəbin foyesində Xocalı faciəsi və faciə qurbanlarını əks etdirən fotostendlər və kitablardan ibarət sərgi təşkil olunmuşdur. Təşkil olunmuş sərgi önündə məktəbin 5 E, 6 A ,6 D sinif şagirdləri  fənn müəllimləri Nazilə Ağapaşayeva, Ülviyyə Ələsgərova və Aynur Məcidovanın rəhbərliyi ilə bu günə həsr olunmuş şeirlər söyləmiş, səhnəciklər nümayiş etdirmişlər. Şagirlər öz çıxışlarını mübarizəyə çağıran, qələbə əzmi nümayiş etdirən sloqanlarla bitirmişlər.

  Həmçinin tarixi günlə əlaqədar sənədli filmlərin nümayişi təşkil edilmiş, inşa yazı müsabiqələri keçirilmişdir.

Məktəbin foyesində şagirdlərin Xocalı faciəsinə həsr olunmuş "XOCALISIZ 26 İL" mövzusunda rəsm sərgisi təşkil olunmuş və yaradılan bu guşənin önündə məktəbin bütün sinifləri faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq gül dəstələri qoymuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi