Ana dilim şirindir

   Bu gün məktəbimizdə 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib. Belə ki, siniflərdə “Ana dilimizi sevək və qoruyaq”, “Dilimiz-dəyərimizdir”, "Ana dilim-doğma dilim", “Ana dilimiz-Milli sərvətimizdir”, “Mənim dilim” və digər müvafiq mövzularda tədbirlər, inşa yazı müsabiqələri, kompozisiyalar, xüsusi dərslər və məşğələlər təşkil edilib.

Məktəbin dil və ədəbiyyat müəllimləri Beynəlxalq Ana Dili Gününün tarixindən danışıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetiriblər.

Məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Məhərrəmova bu günlə əlaqədar olaraq 5 A sinfində xüsusi dərs aparıb. Dərsdə dilimizin tarixi, maddi-mədəni abidələri, dövlət dili kimi inkişafı haqda məlumatlar əldə ediblər.

  Şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi