Əyləncəli Riyaziyyat Viktorinası

13 fevral 2018-ci il tarixində məktəbin akt zalında V sinif şagirdlərinin iştirakı ilə Əyləncəli Riyaziyyat Viktorinası keçirildi.
Viktorinada məktəbin 5-ci sinifləri komanda şəklində verilən tapşırıqları böyük həvəslə yerinə yetirirdilər. Tapşırıqlar şagirdlərin məntiqi təfəkkürünün, diqqətinin və riyazi biliklərini tətbiqetmə qabiliyyətlərinin inkişafına yönəlmişdi. Tədbirdə bütün şagirdlər fəal iştirak etdilər. 5E sinfinin komandası tapşırıqları daha düzgün və tez yerinə yetirdilər və viktorinanın qalıbı oldular. II yeri 5Ç, III yeri isə 5A sinfinin komandası tutdu. Tədbir müəllimlərin və şagirdlərin böyük marağına səbəb oldu.
Məktəb rəhbərliyi 5 E sinfini “Fəxri Fərman”la mükafatlandırdı və belə tədbirlərin müntəzəm davam etdirilməsinin vacib olduğunu qeyd etdi.