FƏALLIQLA KEÇƏN RİYAZİYYAT AYLIĞI

Şagirdlərdə riyaziyyata marağı artırmaq üçün, eləcə də tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə məktəbimizdə yanvar və fevral ayının ilk həəftəsi “Riyaziyyat aylığı” elan olunmuşdur.

Məktəbimizdə “Riyaziyyat aylığı” ilə əlaqədar tədbirlər planı işlənib hazırlanmış, tədbirlər planında riyaziyyat fənni ilə bağlı bir çox məsələlər öz əksini tapmışdır. Onlardan biri də dəyirmi masaların təşkil olunması idi.

“Riyaziyyat aylığı” çərçivəsində məktəbdə bir neçə dəyirmi masa keçirilmişdir. Bu tədbirlərdə həm müəllimlərimiz, həm də şagirdlərimiz fəal iştirak etmişlər. “Riyaziyyat fənninin inteqrasiya imkanları” mövzusunda keçirilmiş dəyirmi masa daha maraqlı və rəngarəng olmuşdur. Bu tədbirdə məktəbin riyaziyyat müəllimi Aybəniz Mehralıyeva riyaziyyat fənninin başqa fənlərlə əlaqəli tədrisinin əhəmiyyətindən danışmışdır. Onun çıxışı ətrafında şagirdlər maraqlı faktlarla öz fikirlərini bildirmişlər.

Eyni zamanda məktəbin riyaziyyat müəllimləri Təranə Mahmudova, Aybəniz Mehralıyeva, Afina Hüseynova və Svetlana Bağırova tədris etdikləri siniflərdə “Açıq dərs” vermiş, fənn kurikulumlarına əsaslanan yeni texnologiyalardan istifadə  etməklə öz tədris bacarıqlarını nümayiş etdirmişlər.

Riyaziyyat fənnini şagirdlərə daha yaxşı sevdirmək, bugünkü dövrümüz üçün lazım olan riyazi biliklərin əldə edilməsinə nail olmaq qarşımızda duran əsas tələblərdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi