Gəncliyimiz gələcəyimizdir

Məktəbdə 2 Fevral Gənclər Günü ilə əlaqədar konfrans, “dəyirmi masa”, “açıq dərs”, mühazirə və seminarlar, həmçinin elm, idman və digər sahələrdə uğur qazanmış məktəblilərimizlə  söhbət  təşkil olunub.

Tədbirlərdə şagirdlərə məlumat verilib ki, 1997-ci ildə imzalanan sərəncama əsasən, hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb.

Bu tarixi günlə əlaqədar olaraq məktəbimizin 9 Ç sinif şagirdləri Sinif rəhbəri Səbahət Əliyeva ilə birgə gənclərimizə daim qayğı və diqqətlə yanaşan Ulu öndərin  məzarını ziyarət edərək öz dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Tədbirlərdə şagirdlərə, həmçinin zərərli vərdişlərdən uzaq durmaq, elmə yiyələnmək, idmanla məşğul olmaq, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə çalışan, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran, mədəni-mənəvi irsimizi təbliğ edən fəal gənclər sırasına qatılmaq tövsiyə olunub.

Müxtəlif sahələr üzrə nailiyyətlər əldə etmiş gənclər də dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb, uğur qazanmağın yollarından bəhs ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi