MƏKTƏBDƏ BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ PROSESİ

Məktəbimizdə 2017-2018-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirməyə başlanılıb. Qeyd edək ki, böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmə vasitələri məktəb rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb və yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır. Böyük summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur və şagirdin illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi