Məktəbdə Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edir. «20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamı əsasında məktəbdə müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.Tədbirlər planına əsasən məktəbdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda milli qürur hissinin artırılması, vətənin suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların əbədi xatirəsinə həsr olunmuş dərslər, dəyirmi masalar, fotosərgilər və ədəbi-bədii gecələr keçirilmişdir.
Məktəbnin ibtidai sinif müəllimləri Sənubər Məmmədovas və Şahnaz Məmmədova tərəfindən məktəbin 4- cü sinif şagirdlərinin iştirakı ilə ədəbi – kompozisiya keçirildi. Şagirdlər 20 Yanvar gününün xalqımızın müstəqillik tarixində bir fədakarlıq və ölməzlik rəmzi kimi qaldığını qeyd etdilər .Bu günə həsr olunmuş şeirlər, bayatılar səsləndirdilər.
Məktəbin 5 A sinif şagirdləri şəhid Ədalət Abbasovun büstünün önünə qərənfillləri düzdükdən sonra məktəbin foyesində bu tarixi günün qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.Onlar müəllimləri məktəbin direktor müavini Yeganə Məhərrəmovanın rəhbərliyi ilə bu tarixi gün haqqında məlumat verdilər,bu günə həsr olunmuş şeirləri səsləndiridilər, Ulu öndər Heydər Əliyevin həmin günlərdə xalqının haqq səsinə səs verdiyini, bu tarixi faciəni dünya birliyinə çatdırdığını bildirdilər,tarixi günə onun və cənab prezident İlham Əliyevin verdiyi qiyməti əks etdirən sözləri səsləndirdilər.
Məktəbin müvafiq əmri ilə təsdiq edilmiş "20 yanvar faciəsinin 28-ci il dönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına " əsasən 19 yanvarda ilk dərslər ümumxalq hüzn gününə həsr edilmişdir. Dərslərdə 20 yanvar faciəsinin acı nəticələrindən, şəhid olmuş vətən övladlarının şücaətindən söhbətlər aparılmışdır.