Şəhidlər ölməzdir

18 yanvar 2017-ci il tarixində məktəbdə “Şəhidlər ölməz adlı” adlı tədbir keçirildi. İlk öncə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin hazırladıqları şeir kompozisiyasını dinlədilər, rəsm və kitab sərgisinə baxış keçirdilər. Sonra 257 nömrəli tam orta məktəbin məktəbin direktoru Qarat Qaratov bildirdi ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi, qürur günü kimi daxil olub. 20 yanvar gecəsi şəhidlik zirvəsinə ucalan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməzdir, azadlıq, müstəqillik yolundan onu heç bir qüvvə döndərə bilməz. 20 Yanvar faciəsindən 28 il ötür. Ancaq qədirbilən xalqımız həmin günün dəhşətlərini yaddan çıxarmır, azadlıq mücadiləsində canından keçən şəhidlərimizi böyük ehtiramla yad edir. Təşkil olunan tədbirdə məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olundu. Tədbirdə qeyd etdilər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərəkatına qarşı törədilmiş qanlı cinayətdir. Xalqımızın qan yaddaşına əbədi həkk olunan bu tarix, eyni zamanda, qürur və iftixar günüdür.      

Qeyd olunan tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aybəniz Əliyevanın tədris etdiyi 5 Ç və  6 E sinif şagirdlərinin fəal iştirakı ilə baş tutdu.Şagirdlərə daim vətənpərvərlik hisləri aşılayan Aybəniz müəllimə bütün tarixi günlərin yüksək səviyyədə qeyd olunması işində hər zaman yaxından iştirak edir,şagirdlərin milli ruhda inkişafına çalışır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi