Bədii gimnastçı şagirdimizin uğurları

Məktəbimizin şagirdləri həmişə idman sahəsində olan uğurları və bu sahəyə olan maraqları ilə seçilmişlər. Belə şagirdlərimizdən biri də bədii gimnastika ilə məşğul olan 3 B sinif şagirdi Bolqorova Veronikadır. Dərslərindən də əla qiymətlər alan bu şagirdimiz idman sahəsində də öncüllərdən biridir. Belə ki, o, 2017-ci ildə keçirilən “Təhsil” Respublika İdman Mərkəzinin IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərində Zona üzrə bədii gimnastika idman növündə 3-cü yeri tutduğuna görə Diplomla təltif edilmişdir.
Bundan başqa START İdman və Əyləncə Kompleksinin bədii gimnastika üzrə “Qış nağılı” müsabiqəsində B kateqoriyasında çoxnövçülük hərəkətlərinə görə I dərəcəli Diplomla təltif edilmişdir.