Şagirdlərimizin olimpiada həyəcanı

Rusiya FR Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (“Russotrudnichestvo”) Azərbaycan nümayəndəliyi 2017-2018-ci tədris ilində Bakı şəhərində “X Respublika rus dili və ədəbiyyatı olimpiadası”nı həyata keçirir. Olimpiadada ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri iştirak etdilər.11 yanvar 2018-ci il tarixində keçirilən olimpiadada şagirdlərimiz -Mirzəyeva Tamilla, Əliyeva Fatimə, İsmayilova Alsu, Orlov Timofey, Əliyeva Səmra və Səfərov Renat fəallıqla iştirak etdilər və iştirak sertifikatlarını əldə etdilər.
Qeyd edək ki, olimpiadanın nəticələri iyun ayında bəlli olacaq.