Müsabiqələrdə fəal iştirak edən müəllimimiz

Məktəbin təsviri incəsənət müəllimi Sevinc Kərimova keçirilən bütün müsabiqələrdə çox fəal iştirak edir və ardı-arası kəsilməyən uğurlar əldə edir. Müəllimimiz “İslam sivilizasiya və incəsənətinin vəhdəti” mövzusunda keçirilən sərgi tədbirdə iştirakına, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihə çərçivəsində keçirilən rəsm müsabiqələrində yaxından köməklik göstərdiyinə görə Fəxri Fərmanlarla təltif olunmuşdur. Bundan başqa Sevinc müəllimə “Sülh istəyirik” V Beynəlxalq yaradıclıq sərgisində iştirakına görə iştirakçı sertifikatı ilə təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi