Yubilyar kitab və yazıçılar

 Məktəbimizdə doğma dilimizlə yanaşı, rus dilində də  tədris aparılır. Məktəbin rus dili və ədəbiyyat müəllimləri Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin tədbirlərində vaxtaşırı iştirak edirlər. Bu il həmin mərkəz tərəfindən həyata keçirilən «Книги и писатели – юбиляры 2017 года» adlı müsabiqədə məktəbimiz də iştirak etdi. 18 dekabr tarixində məktəbin 5 B sinfi rus dili və ədəbiyyat müəllimi  Qruşenkova Yelenanın təşkilatçılığı ilə N.N.Nosovun hekayələrinin yubileyini qeyd etdilər. Tədbiri giriş sözü ilə açan müəllimimiz qonaqları salamladı və şagirdlər də şeirlə bu salamlaşmaya qoşuldular. Müəllimin nitqindən sonra N.N.Nosov haqqında kiçik videorolik təqdim olundu. Uşaqlar hər biri N.N.Nosovun tərcümeyi-halına dair faktları sadaladılar. Sami, İbrahim, Faiq və Nərgizin ifasında “Фантазеры” səhnəciyi nümayiş olunandan sonra Əlinin ifasında “Qatar” muğamından bir parça ifa olundu. Daha sonra Viktoriya, Maksim və Fuadın ifasında “Мишкина каша” hekayəsi əsasında səhnəcik təqdim olundu. Tədbiri br-birinin ardınca Ruzinin ifasında “Голубой вагон” uşaq mahnısı, Sehrinin ifasında rəqs davam etdirdi. Tədbirin sonunda Yelena müəllimə tədbirin keçirilməsində iştirakı olan hər kəsə təşəkkür etdi və Emilin ifasında yeni il haqqında olan mahnı ilə hər kəsə uğurlar arzulandı. Tədbirdə qonaq qismində RİMM-in təhsil proqramları üzrə koordinatoru Olesya Alenina, Rusdilli Təhsil Müəssiələri Müəllimlərinin Assosiasiyasının nümayəndəsi Lyubov Yakunina və 151 nömrəli tam orta məktəbin müəllimi S.Almasova iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi