GƏLƏCƏYİMİZİ BİRGƏ DÜŞÜNƏK , ZƏRƏRLİ VƏRDİŞLƏRƏ “YOX” DEYƏK

15 dekabr 2017-ci il tarixində Bakı şəhəri Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2013-cü il tarixli 2966 №-li  sərəncamı ilə təsdiq olunmuş “2013-2018-ci illər üçün narkomaniyaya qarşı mübarizə ilə əlaqədar Dövlət Proqram”ına uyğun olaraq geniş tədbir keçirilib. “Narkomaniyaya yox deyək” mövzusunda böyük tədbir keçirilmişdir. Tədbirdə Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradəli Babayev, Xətai Rayon Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi İdris Məhərrəmov,  Respublika Narkoloji Mərkəzinin baş həkiminin müavini Afət Məmmədova, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Anar Rüstəmov, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Fərid Əhədov, Xətai Veteranlar Şurasının sədr müavini Adil Osmanov iştirak etmişdir. Məktəbin direktoru Qarat Qaratov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, əsrin bəlası olan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Son illərdə dünyada narkotiklərə  nəzarət, narkomaniya ilə mübarizə istiqamətində bir sıra ciddi tədbirlər görüldüyünü deyən Qarat müəllim  ümumbəşəri bir problemə çevrilən narkomaniyanın fəsadlarından söz açdı. Qeyd edildi ki, narkomaniyaya qurşananlar təhsilə, işə, ailəyə, dostlarına maraqlarını itirir və  özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə də insan həyatı zəhərlənir. Buna görə də ümumbəşəri problemin profilaktikası sahəsində Azərbaycanda da  bir sıra məqsədyönlü proqramlar həyata keçirilir. Q.Qaratov narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri kimi maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin və buna məhz təhsil müəssisələrində daha geniş yer verilməsinin vacibliyini vurğuladı. Tədbirdə çıxış edən Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradəli Babayev bildirdi ki, ölkədə narkotik vastələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunub və həyata keçirilir. Bununla yanaşı respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəxalq əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirilir. Bu sahədə işlərin daha da gücləndiirlməsi məqsədilə rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən  tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq  idarə, müəssisə, təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında bu istiqamətdə maarifləndirmə işləri aparılıb, bukletlər paylanılıb. Çıxış edən Respublika Narkoloji Dispanserin nümayəndəsi Afət xanım bildirdi ki, gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə də ictimaiyyətin rolu böyükdür. Bu baxımdan belə tədbilərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. O,şagirdlərə pis vərdişlərin insan sağlanlığında yaratdığı ciddi problemlərdən, geri dönməz mənfi hallara səbəb olmasından məlumat verdi. Məktəbin direktoru Qarat Qaratov və qonaqlar yuxarı sinif şagirdlərinə öz tövsiyələrini vermişlər. Zərərli vərdişlərdən çəkinmək, siqaret və alkoqollu içkilərin, narkotik maddələrin insan orqanizmində törətdiyi fəsadlar, xəstəliklər,onlardan qorunmaq yolları haqqında geniş söhbət aparmışlar. Şagirdlərlə səmimi şəkildə münasibət qurularaq onlarla fikir mübadiləsi aparıldı. Tədbirin keçirilməsində əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə maarifləndirmə işinin artırılmasıdır. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizə aparmaq üçün cəmiyyətin bütün üzvlərinin bu işə qoşulması, zəif iradəli uşaqlar, gənclər arasında söhbətlərin aparılması nəzərdə tutulmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi