Ümummilli liderin anım günü
Məktəbimizdə xalqımıza, bizlərə ömrünü bağışlayan dahi şəxsiyyətin anım günüilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də ibtidai sinif müəllimi Sənubər Məmmədovanın təşkilatçılığı ilə 4 A sinif şagirdlərinin işatirakı ilə keçirilən ədəbi-bədii kompozisiya oldu. Şagirdlər Ulu öndərin həyat və fəlaiyyətinin əks etdirən çıxışlarla yanaşı, ona ithaf olunmuş şeirlər ifa etdilər. Ümummilli liderin aforizmə çevrilən sözləri xatırlandı. Ümummilli liderə məhəbbətin ifadəsi olaraq, məktəbin foyesində qoyulan rəsminin qarşısına tər çiçəklər düzdülər. Məktəbdə həftə ərzində təşkil edilən sinif təşkilat saatlarının mövzusu əvəzedilməz şəxsiyyətin anımına həsr olundu. Məktəbin 5 A sinfi təlim-tərbiyə işləri üzrə direktor müavini-Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Məhərrəmovanın təşkilatçılığı ilə Ulu öndərə həsr olunmuş, ona olan dərin sevgini özündə əks etdirən şeirlərin ifası ilə məktəbin foyesində olan rəsminin önündə çıxış etdilər. Babaları qədər əziz olan bir şəxsiyyətin rəsmi qarşısında beşincilər bir-birinin ardınca əllərində tər qızılgüllər, ürəklərində dərin məhəbbət hissi ilə çıxışlar etdilər. Vətən qarşısında borclarını dərk edərək Ulu öndərin qurub-yaratdığı Azərbaycana layiqli vətəndaş kimi yetişəcəklərinə söz verdilər.