Gələcəyimizi uşaqlara həvalə edək

Hər il olduğu kimi bu tədris ilində də məktəbin Fəaliyyət Planına uyğun olaraq, “Uşaq hüquqları” aylığı çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. 07 dekabr 2017- ci il tarixində keçirilən “Gələcəyi uşaqlara tapşıraq” adlı tədbir də bu fəaliyyətlər sırasındadır. İbtidai sinif müəllimi İlhamə Həsənovanın təşkilatçılığı, SOS UŞaq Kəndinin iştirakı ilə məktəbin akt zalında baş tutan tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Aparıcılar tədbirin məqsədi, məramı haqqında məlumat verdikdən sonra uşaq hüquqları ilə bağlı videoçarx nümayiş olundu. Sonra uşaqlar tədbir boyunca bildikləri hüquqları bir-birilərinin ardınca xüsusi şövqlə söylədilər. Daha sonra Uşaq Himni oxundu. Uşaqların hüquqları ilə bağlı qısametrajlı kiçik filmin nümayişindən sonra aforizmlər söyləndi. Kiçik yaşlı məktəblilərin ifasında rəqs nümayiş olundu. Tədbir uşaqların ifasında “Günəş olaram nən də” mahnısının ifası ilə yekunlaşdı. Tədbir sonrası məktəbin rəhbərliyi keçirilən tədbir haqqında fikirlərini bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi