Məktəbin 9-cu sinflərində monitorinq
“Təhsildə keyfiyyət ili” ilə əlaqədar məktəbin Fəaliyyət Planına uyğun olaraq, mütəmadi şəkildə siniflər üzrə Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisi vəziyyəti yoxlanılır. Bu məqsədlə 6 dekabr 2017-ci il tarixində məktəbin 9-cu siniflərində riyaziyyat fənninin monitorinqi keçirildi. Şagirdlərə iki variantda 10 açıq tipli sual təqdim olundu. Nəticələr məlum olduqdan sonra təhlil olunacaq, valideyn, şagird və müəllim kollektivinin nəzərinə çatdırılacaq.