Gənc fiziklərin və kimyaçıların bilik yarışı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15 noyabr 2017-ci il tarixli 228 və 229 nömrəli əmri ilə təsdiq edilmiş Bakı şəhər məktəbliləri arasında “Gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqəsi” nin keçirilməsi barədə Əsasnaməyə uyğun olaraq , 29 noyabr 2017- ci il tarixində məktəbimizdə gənc fiziklərin və kimyaçıların müsabiqəsi təşkil olundu. Müsabiqənin iştirakçıları məktəbin IX-XI sinif şagirdlərindən ibarət komandalar oldu. İştirakçılar 2 (iki) akademik saat ərzində ümumtəhsil proqramlarına uyğun olaraq 30 sualdan ibarət testi, 2 məsələni yerinə yetirdilər. Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ isə 5 balla qiymətləndirildi. Ən çox bal toplayan, birinci mərhələdə – məktəbdaxili yarışmada qalib gələn altı şagird müəyyənləşdi. Şagirdlərimizə 2-ci mərhələdə uğurlar arzulayırıq.