Açıq dərslərin təşkili işinin davam etdirilməsi

Məktəbimizdə “Təhsildə keyfiyyət ili ” ilə əlaqədar olaraq, açıq dərslərin təşkili işi davam etdirilir. Belə dərslərdən biri də 23.11.2017-ci il tarixində məktəbin 6 E sinfində Azərbaycan dili fənni üzrə təşkil olunan açıq dərs idi. Fənn müəllimi Aybəniz Əliyevanın təqdimatında motivasiya sualı- Böyük Vətən müharibəsində Azərbaycanın rolu haqqında nə bilirsiniz? təqdim olundu. Alman faşistlərinə qarşı rəşadətlə döyüşən qəhrəmanlarımız xatırlandıqdan sonra Böyük Vətən müharibəsində qələbənin təmin olunmasında Bakı neftinin rolundan, neftçilərin arxa cəbhədəki qəhrəmanlığından danışılır. Şagirdlər qruplara bölündülər. Dərslikdə verilmiş mətn üzrə təqdim olunmuş suallara qruplar cavab hazırladılar. Sonra qruplar mətnə əsasən Yusif Məmmədəliyev haqqında kiçik təqdimatlar etdilər: həyatının vacib məqamları, tutduğu vəzifələr, nailiyyətləri, mükafatları, dövlətin ona münasibəti, mane olan şəxslər, haqqında deyilənlər. Bu göstəricilər əsasında yazı lövhəsində cədvəl quruldu və şagirdlərin təqdimatlarına əsasən cədvəl dolduruldu. Cədvəldə Yusif Məmmədəliyevin həyatı və fəaliyyəti ilə bağlı mətndə verilmiş əsas məqamlar öz əksini tapdı. Dil qaydalarının praktik tətbiqi aparıldı. Qiymətləndirmə lövhədə çəkilən cədvəl əsasında aparıldı. Açıq dərsi dinləyən rəhbərlik və fənn müəllimləri həm müəllimin dərs zamanı fəaliyyətindən, həm də şagirdlərin fəallığından razı qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi