MƏKTƏBƏHAZIRLIQ QRUPLARINDA DƏRS DEYƏN MÜƏLLİMLƏRƏ METODİKİ DƏSTƏK
Məlum olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib. Məktəbimizdə də təşkil olunan mentor xidməti məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə metodiki dəstək göstərdi. İlk dəfə olaraq məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərimiz üçün təşkil olunan mentor xidməti “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin mentoru Pərvin xanım tərəfindən həyata keçirilirdi. Mentor müəllim müəllimlərimizi qrup məşğələlərində fərdi şəkildə dinləmiş, onlara elmi-metodiki, təcrübi dəstək göstərmiş, həmçinin, müzakirə və seminarlar təşkil etmişdir. Eləcə də, onun iştirakı ilə məktəbəhazırlıq qruplarındakı uşaqlar məntiqi və riyazi təfəkkürün daha yüksək səviyyədə formalaşmasına dair tapşırıqlar yerinə yetirmiş, fiziki cəhətdən inkişafa xidmət edən oyunlar həyata keçirmişlər. Bu təlimlərə məktəbimizdə bu ilin oktyabrından start verilmiş, noyabrda yekunlaşdırılmışdır.