Şagirdlərimizin fəallığı ilə keçən açıq dərs

Məktəbimizdə biologiya fənn kabinetinin və biologiya müəllimlərinin fəallığı daim nəzərə çarpan olub. Belə ki, məhz bu fənn metodbirləşməsinin fəaliyyəti nəticəsində şagirdlərimiz olumpiadalarda və yarışlarda fərqlənirlər. Biologiya fənni üzrə qabaqcıl müəllimlərimizdən biri də fəlsəfə elmləri namizədi Rövzə Zalovadır. Rövzə müəllimənin 24.11.2017-ci il tarixində məktəbin 7 B sinfində Həyat bilgisi fənni üzrə “Леса – это «лëгкие» нашей планеты” mövzusunda keçdiyi açıq dərs şagirdlər üçün, eləcə də açıq dərsdə iştirak edən rəhbərlik və biologiya fənn metodbirləşməsinin üzvləri üçün maraqlı oldu.

Dərsdə mövzu üzrə layihələrin şagirdlər tərəfindən qruplar şəklində təqdimatı dərsin daha da canlı keçməsinə səbəb oldu. Şagirdlərin sərbəst şəkildə öz layihələrini səlis və dəqiq təqdim etməsi, sualları dərhal və düzgün cavablandırması, qiymətləndirmədə fəal iştirak etmələri diqqətçəkən məqamlardan biri idi. Müəllimin dərsin gedişini düzgün idarə etməsi, şagirdlərə ünvanlanan suallarının məqsədə yönəlməsi onun peşəkarlığının göstəricisi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi