Onlar Vətənin müdafiəsinə hazırlaşırlar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xətai Rayon İcra Hakimiyyəti ilə birgə Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda “Vətənin müdafiəsinə hazıram” kütləvi tədbir keçirmişdir. Tədbirə orta məktəblərin yuxarı sinif şagirdləri və gəncləri də qatılmışdıılar.Həmçinin də bizim “Şahinlər” Vətənın müdafiəsinə hazır olduqlarını göstərməyə gəlmişdilər. Tədbir iştirakçıları və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib xatirəsini ehtiramla yad etdilər. Bir-neçə dəqiqədən sonra dövlət himninin möhtəşəm sədaları altında Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş parka toplaşanlar sayğı duruşu vəziyyəti alıb özləri də himni oxudular. Çıxış üçün söz alan Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd etdi ki, Vətənin sərhədlərini və əminamanlığını qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Son illər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətənin müdafiəsinə hazıram” devizi altında keçirdiyi və onun rayon şöbəsinin vaxtaşırı təşkil etdiyi digər belə tədbirlər təcavüzkar Ermənistanla müharibə vəziyyətində olan ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki məhz belə tədbirlər gənc nəslə vətənpərvərlik ruhunun aşılamasına, onların Vətən qarşısındakı borclarını dərk etməsinə və orduya çağırışa hər an hazır olmalarına çox böyük töhfə verir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Yusif Mirzəyev isə çıxışında tədbirin əhəmiyyətindən söz açaraq bildirdi ki, belə tədbirlərin əhəmiyyəti hərbi xidmətə çağırışlarda və gənclərimizin ordu sıralarında xidmət keçdikləri müddətdə özünü bariz şəkildə göstərir. Tədbirdə çıxış edən “Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli və digər qonaqlar Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında ümummilli lider Heydər Əliyevinmüstəsna xidmətləri, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsindəki strateji xətti və digər məsələlər haqqında gənclərə ətraflı məlumat verdilər. Sonra vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Xətai rayon məktəblərinin özfəaliyyət kollektivləri, rəqs qrupları vətənpərvərlik mövzusunda ədəbi-bədii proqramla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi