Fənn müsabiqələrinin ikinci mərhələsində iştirak hüququ qazanan şagirdlərimiz

11 noyabr 2017- ci il tarixində keçirilən Fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri açıqlandı. Bu müsabiqədə fəallıqla iştirak edən şagirdlərimiz arasında ikinci mərhələdə iştirak hüququ qazanmış 4 şagirdimiz daha müvəffəq nəticə göstərmişdir: biologiya fənni üzrə 7 A sinif şagirdi Rzayev Rəsul Kamal oğlu, informatika fənni üzrə 7 C sinif şagirdi Rəcəbov Ülvi Aydın oğlu, 7 Ç sinif şagirdi Məhərrəmov Yusuf Cəbrayıl oğlu, 7 E sinif şagirdi Nəbiyev Xaliq Dilsuz oğlu. Şagirdlərimizin bu qalibiyyəti ilə əlaqədar olaraq məktəbin akt zalında toplantı keçirildi. Məktəbin direktoru Qarat Qaratov qalibləri və onların müəllimlərini -Seyidova İradə Dursun qızını və Hacızadə Lamiyə Hamiz qızını təbrik etdi, onlara ikinci mərhələdə daha uğurlu nəticələr göstərməyi arzuladı. Toplantıda digər şagirdlərin nəticələri açıqlandı, onlara ruhdan düşməyərək növbəti müsabiqələrdə fəal iştirak etmək və çalışaraq müvəffəqiyyət qazanmaq tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi