Müəllimlərimizin konfransda iştirakı

Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) tərəfindən 16 və 17 noyabr 2017-ci il tarixlərində Avropa Azərbaycan Məktəbində “Öyrənməyi öyrənmək” mövzusunda şagirdlərin təlim keyfiyyətinin yaxşılaşdırılmasında maraqlı olan müəllim, direktor və digər təhsil işçiləri üçün 2-ci Beynəlxalq Təlim Konfransı və 18 noyabr 2017-ci il tarixində konfrans sonrası “Master klass” seminarları keçirilmişdir. Konfrans müddətində iştirakçılar öyrənməyin mahiyyəti, bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin necə olduğuna dair biliklərini inkişaf etdirmiş, bundan əlavə, düşünmə prosesinin necə baş verdiyi, müəllimlərin ağıllı düşünmək bacarığını necə təşviq edə biləcəkləri və şagirdlərin təlim nəticələrinin inkişaf etdirilməsində beynin məlumatı necə emal etdiyinin rolu təhlil olunmuşdur. Konfransda iki tanınmış beynəlxalq tədqiqatçı Leyn Klark (Kanada) mövzusu ilə və Mətt Bromli (BK) iştirak etmişdir. Əsas məruzəçilərlə yanaşı, yüksək təcrübəli xarici və yerli təhsil işçiləri və müəllimlər də bölmə seminarlarında müxtəlif mövzularda təqdimat etmişlər. Konfransda, eləcə də “Master klass”da məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Xəlilova, Azərbaycan dili və ədəbiyyat müəlllimi Əfsanə Qasımova və ibtidai sinif müəllimi İlhamə Həsənova iştirak etmiş, iştirak sertifikatı əldə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi