Oxu Bülbül, oxu Bülbül, qoy səsin Ürəklərdə kaman kimi titrəsin

Azərbaycan Respublikası Təhsil nazirinin 2 avqust 2017-ci il tarixli №235 nömrəli əmrinə əsasən məktəbin fəaliyyət planına uyğun olaraq, 30 oktyabr 2017- ci il tarixində məktəbdə musiqi müəllimi Orucova Könülün rəhbərliyi ilə dahi Bülbülün 120 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlanılan tədbirdə dünya şöhrətli müğənnimizin əsrarəngiz səsindən, Bülbül adının tarixçəsindən, onun zəngin və ürəklərə yol tapan yaradıcılığından bəhs edildi.Tədbirdə çıxış edən şagirdlərimiz bir-birinin ardınca əvəzedilməz ifaçı haqqında məlumatlar verir, onun opera sahəsindəki fəaliyyətindən, Koroğlu nərəsitək qüdrətli səsindən bəhs edir, onun ifasında dillər əzbəri olan musiqiləri – “Xumar oldum”,”Sevgili canan”,”Küçələrə su səpmişəm” və s. səsləndirirdilər. Müəlliməmizin və şagirdlərin xüsusi fəallığı ilə yadda qalan bu tədbir onu izləyənlərin təbrikini və təşəkkürünü qazandı. Qeyd edək ki, xalqımızın tarixində, elm və mədəniyyət sahəsində xidmətləri olan dahi şəxsiyyətlərə həsr olunmuş tədbirlər məktəbimizdə hər zaman xüsusi diqqət və təşkilatçılıqla qeyd olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi