“Pedaqoji Şuranın yekun iclası”

Məktəbimizdə Pedaqoji Şuranın yekun iclası keçirildi.
İclas zamanı 2024–2025-ci tədris ili ərzində görülmüş işlər və əldə olunan nəticələr ətraflı şəkildə müzakirə olundu.
Direktor müavinləri,kitabxana müdiri və psixoloq  tərəfindən təqdim olunan hesabatlar dinlənildi,əldə olunan uğurlar və qarşıya çıxan çətinliklər analiz edildi.
Eyni zamanda,2025–2026-cı tədris ili üçün prioritet istiqamətlər və hədəflər müəyyənləşdirildi, yeni ideyalar ətrafında fikir mübadiləsi aparıldı. 
İclasın sonunda isə pedaqoji fəaliyyətlərini şərəflə başa vuraraq yaş həddi ilə təqaüdə çıxan müəllimlərimiz səmimi təbrik edildi,onlara dərin minnətdarlıq ifadə olundu. Bu anlar həm duyğusal, həm də dəyərverici oldu. 
Gələcəyin təməlinin bugünkü zəhmətlə qoyulduğu bu yolda bütün müəllimlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi