“Son zəng – 14.06.2025”

    14.06.2025-ci il tarixində məktəbimizdə unudulmaz və duyğulu anlarla yadda qalan “Son zəng” tədbiri keçirildi. Hər bir şagirdin yaddaşında iz buraxacaq bu gün, həm bir yolun sonu, həm də yeni başlanğıcın təməli oldu.
Tədbir Şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.
Tədbirdə məktəbimizin direktoru Ruslan Nağıyev,İcra Hakimiyyətinin nümayəndəsi Teymur Əzizov,Elm və Təhsil Nazirliyinin nümayəndəsi Gülarə Xudiyeva,Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz anaları çıxış etdilər.
Şagirdlərimiz Şəhidlərimizin büstünü ziyarət edərək, onların əziz xatirəsinə gül dəstələri təqdim etdilər. 
Məktəbin həyətində hər kəsi duyğulandıran anlar yaşanarkən,11-ci sinif şagirdləri bir-birindən gözəl rəqs nümunələri ilə çıxış etdilər. Onların çıxışları həm sevinc, həm də ayrılıq duyğularını bir araya gətirdi.
Rəhbərlik tərəfindən şagirdlərimiz əldə etdikləri  nailiyyətlərə görə diplom və hədiyyələrlə təltif olundular.
Tədbirin ən yadda qalan anlarından biri isə məktəbin rəmzi bilik açarının XI sinif şagirdi tərəfindən X sinif şagirdinə təhvil verilməsi oldu.Bu mərasim məktəb ənənələrinin yaşadılmasının və yeni nəslə ötürülməsinin rəmzi kimi hər kəsin alqışları ilə müşayiət olundu.
Sonda isə hər kəsin ürəyini titrədən Son zəng sədaları eşidildi… Bu səs bir zamanlar məktəbə ilk addımlarını atan körpə şagirdlərin artıq həyatın yeni mərhələsinə qədəm qoyduqlarını simvolizə edirdi.
 Əziz məzunlar, sizə həyat yolunuzda bol uğurlar, güclü iradə və sonsuz inam arzulayırıq! Yolunuz açıq, uğurlarınız bol olsun! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi