“Yay ab-havası,təbiət qoynunda gülüş dolu anlar”

11.06.2025-ci il tarixində məktəbimizin 5 “l” sinif şagirdləri günəşli havadan səmərəli istifadə edərək parkda asudə vaxtlarını maraqlı və əyləncəli şəkildə keçirtdilər.Açıq havada oynadılar, gəzintiyə çıxdılar və xoş zaman keçirdilər.Belə fəaliyyətlər həm fiziki, həm də psixoloji sağlamlıq üçün olduqca faydalıdır.
Rəngarəng bəzəklər, şirin ünsiyyət, oyunlar və bol əyləncə ilə dolu bu gün onların yaddaşında unudulmaz xatirəyə çevrildi.