“Uğura doğru addımlayan IX sinif şagirdlərimiz”

    13.06.2025-ci il tarixində IX sinif buraxılış imtahanlarında 250-dən yüksək bal toplayan  28 nəfər şagirdimiz məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.
Məktəbimizin direktoru Ruslan Nağıyev və rəhbərlik nümayəndələri yüksək nəticə münasibətilə şagirdləri,onların əldə etdikləri uğurun arxasında dayanan müəllimləri və valideynləri də təbrik etdilər.Onlara gələcək təhsil yollarında uğurlar arzulandı və nümunəvi nəticələrinin digər şagirdlərə də stimul verəcəyi bildirildi.
Görüş zamanı şagirdlərə məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olundu, həmçinin onların qazandıqları nəticələrin məktəb üçün böyük fəxr mənbəyi olduğu vurğulandı.
Gələcəyin parlaq gənclərini təbrik edir, yeni nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi