“Uğura Doğru Addımlar!”

    11.06.2025-ci il tarixində məktəbimizin rəhbərliyinin iştirakı ilə IX sinif şagirdlərimizdən 200-dən yüksək bal toplayan gənc istedadlarla görüş təşkil olundu.
Bu görüşün əsas məqsədi istedadlı və çalışqan şagirdlərimizi təbrik etmək, onların uğurlarını qiymətləndirmək və gələcək addımlarında motivasiya dəstəyi vermək idi. 
Görüş zamanı məktəb rəhbərliyi çıxış edərək şagirdlərimizin əzmi,zəhməti və əldə etdikləri nəticələr barədə yüksək fikirlərini bölüşdülər. Onlar qeyd etdilər ki, bu nəticələr təkcə şagirdlərimizin deyil, eyni zamanda müəllimlərimizin və valideynlərimizin birgə əməyinin məhsuludur.
Şagirdlərimiz isə öz fikirlərini bölüşərək, qarşıda duran hədəflərdən, seçmək istədikləri ixtisaslardan və bu uğura aparan yoldakı çətinliklərdən danışdılar.
İnanırıq ki, bu ilk uğur sadəcə başlanğıcdır! Gənclərimizə gələcək imtahanlarda daha böyük nailiyyətlər, ali məktəb yolunda isə ən uğurlu seçimlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi