“Təmayül siniflərinin təşkili ilə bağlı valideynlərlə görüş”

11.06.2025-ci il tarixində məktəbimizin rəhbərliyinin iştirakı ilə təmayül siniflərinin təşkili ilə bağlı valideynlərlə geniş və əhatəli görüş keçirildi. Görüşün əsas məqsədi yeni tədris ilində təşkil olunacaq təmayül siniflərinin mahiyyəti, məqsədləri və seçim prosesi barədə valideynləri məlumatlandırmaq idi.
Məktəb rəhbərliyi tərəfindən təmayül siniflərinin şagirdlərin maraq və meyillərinə uyğun formalaşdırılmasının onların gələcək peşə və ali təhsil istiqamətlərinə ciddi təsir göstərəcəyi vurğulandı. Valideynlərə seçim prosesində diqqət yetirilməli məqamlar, fənn istiqamətləri və mövcud imkanlar barədə geniş məlumat verildi.
Görüş zamanı valideynlər suallarını səsləndirdilər, fikirlərini bölüşdülər və əməkdaşlıq şəraitində birgə qərarların qəbul edilməsinin vacibliyi qeyd olundu.
Bu cür görüşlər valideyn–məktəb münasibətlərini daha da möhkəmləndirir, şagirdlərimizin gələcək uğurlarına gedən yolda əhəmiyyətli rol oynayır.
Gələcəyin düzgün istiqamətləndirilməsi üçün atılan bu mühüm addımda iştirak edən bütün valideynlərə təşəkkür edirik!