“Musiqili Dünya” adlı tədbir

    10.06.2025-ci il  tarixində məktəbimizdə  “Musiqili Dünya” adlı tədbir keçirildi.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutu, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. 
Daha sonra istedadlı şagirdlərimiz həm milli, həm də xarici mahnılar ifa edərək tədbirə xüsusi rəng qatdılar. Onların ifaları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.Uşaqlar saz,tar,kamança,sintizator,saksofon, fleyta kimi  musiqi alətlərində çıxış edərək öz bacarıqlarını nümayiş etdilər. Hər bir alətin səsi və hər bir ifaçı özünəməxsusluğu ilə tədbiri daha da zənginləşdirdi və izləyicilərdə dərin təəssürat yaratdı.
Məktəbimizin direktoru Ruslan Nağıyev tədbirin əhəmiyyəti barədə çıxış edərək uşaqların istedad və yaradıcılıqlarını yüksək qiymətləndirdi.Tədbirdə 80 nəfərə yaxın şagird iştirak etdi.
Bu gözəl gündən bizə qalan isə sevinc dolu anlar və musiqi ilə dolu xatirələr oldu! 
Hər bir xalqın formalaşmasında,özünü dərk etməsində,estetik tərbiyəsinin biçimlənməsində musiqinin xidməti danılmazdır.
Bu gün biz sübut etdik ki,musiqi insanı birləşdirən,ruhlandıran böyük bir qüvvədir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi