“Asudə vaxtın səmərəli təşkili”

01.06.2025-ci il tarixində məktəbimizin 5 “l” sinfinin şagirdləri sinif rəhbərləri ilə birlikdə Bakı Zooparkına maraqlı bir səfər ediblər.Bu səfər uşaqlar üçün həm maarifləndirici,həm də əyləncəli olub.
Şagirdlər canlı təbiətlə daha yaxından tanış olmuş, müxtəlif heyvan növlərini əyani şəkildə müşahidə edərək onların yaşayış tərzi və xüsusiyyətləri haqqında biliklərini artırmışlar.Zooparkda keçirilən vaxt uşaqların müşahidə qabiliyyətini və ətraf aləmə marağını daha da gücləndirmişdir.
Belə ekskursiyalar şagirdlər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və təhsil motivasiyalarının artmasına xidmət edir. Gülərüz,maraq dolu baxışlar və qazanılan yeni biliklər bu günün nə qədər yaddaqalan keçdiyini sübut edirdi.