“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir”

    30.05.2025-ci il tarixində məktəbimizdə  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirildi.
Tədbir Ümummilli Lider Heydər Əliyevin,Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Məktəbin direktoru Ruslan Nağıyev çıxış edərək uşaqların cəmiyyətin gələcəyi olduğunu vurğuladı və onların hüquqlarının qorunmasının önəmindən bəhs etdi.
Tədbir çərçivəsində müxtəlif ölkələrin rəqsləri nümayiş olundu,şeirlər səsləndirildi və Uşaq Hüquqları mövzusunda maarifləndirici videoçarx nümayiş etdirildi. Şagirdlər öz bacarıqlarını nümayiş etdirərək tədbirə rəng qatdılar.
Bu cür tədbirlər uşaqların maarifləndirilməsi, mədəni inkişafı və hüquqlarının tanınması baxımından mühüm əhəmiyyət daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi