"28 May – Müstəqillik Günü"

    27.05.2025-ci il tarixində məktəbimizdə 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin  yaranma günü münasibətilə tədbir keçirildi. Tədbir, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra məktəbimizin direktoru Ruslan Nağıyev bu günün tarixi barədə məlumat verdi.
Şagirdlərimiz Vətənə olan sevgilərini səhnə çıxışları ilə ifadə etdilər – vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər, rəqs nümunələri ifa etdilər və mahnılar oxudular.
Tədbir həm mənəvi dəyərlərimizi yaşatmaq, həm də müstəqilliyimizin əhəmiyyətini yeni nəsillərə aşılamaq baxımından önəmli və yaddaqalan oldu.

Yaşasın Azərbaycan Respublikası!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi