XI sinif şagirdləri Qarabağ Universitetinin rəhbərliyi ilə keçirilən görüşdə iştirak etdilər.

21.05.2025-ci il tarixində Qarabağ Universitetinin rəhbərliyi ilə keçirilən görüşdə məktəbimizin XI sinif şagirdləri iştirak ediblər. Görüşün əsas məqsədi şagirdlərə ali təhsil pilləsi ilə bağlı düzgün istiqamət vermək,universitet mühitini daha yaxından tanıtmaq, eləcə də təhsil imkanları və gələcək perspektivlər barədə məlumatlandırmaq olmuşdur.⠀
Tədbir çərçivəsində Qarabağ Universitetinin nümayəndələri tərəfindən təqdimat keçirilmiş, şagirdlərin sualları cavablandırılmış və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüş həm informativ, həm də motivasiyaedici xarakter daşıyıb.
Bu cür tədbirlər şagirdlərimizin peşə və ixtisas seçiminə daha şüurlu yanaşmalarına,eləcə də ali təhsil müəssisələri haqqında birbaşa və əhatəli məlumat əldə etmələrinə şərait yaradır.