“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində ekskursiyalarımız davam edir.

Tədbirlər Planına uyğun olaraq may ayı ərzində ibtidai sinif şagirdləri üçün müxtəlif abidələrə,muzeylərə və tarixi məkanlara ekskursiyalar təşkil edilmişdir.
Məktəbimizin 3 “ç” sinif rəhbəri şagirdlərini “Mərkəzi Nəbatat Bağı” və “Suraxanı” Gəmi-Muzeyinə aparmışdır.Dünyada ilk tanker-muzeyi olan bu muzey Xəzərin və Azərbaycanın gəmiçilik tarixi,Azərbaycan dənizçilərinin fəaliyyəti haqqında məlumatlar verir.
Mərkəzi Nəbatat Bağının 100-ə yaxın yaşı var.Nəbatat bağında yerli və başqa ölkələrdən gətirilən bitkilər becərilir.Nəbatat bağında 2500-dən çox ağac,kol,ot bitkiləri və 130-a yaxın nadir bitki növləri qorunur.Nəbatat bağı dünyanın istənilən analoji yaşıl məkanı ilə yarışa bilər.