“The World Earth Day” adlı tədbir

15.05.2025-ci il tarixində məktəbimizin ingilis dili müəllimlərinin təşkilatçılığı ilə “The World Earth Day” münasibətilə ekoloji maarifləndirici tədbir keçirildi.
Tədbir ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi,Dövlət Himni ilə başladı.
Daha sonra şagirdlərimiz ətraf mühitin qorunmasının vacibliyi ilə bağlı təqdimatlar etdilər, plakatlar hazırladılar,təbiəti sevməyə çağıran çıxışlarla,şən rəqslərlə,mahnılarla,şeirlərlə çıxış etdilər.Tədbirin əsas məqsədi şagirdlərdə ekoloji maariflənməni artırmaq və onları təbiətə daha həssas yanaşmağa təşviq etmək idi.Tədbir tam səlis şəkildə ingilis dilində keçirildi.
Sonda məktəbin direktoru Ruslan Nağıyev çıxış edərək tədbirdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi və belə tədbirlərin davamlı təşkil edilməsini dilədi.
Bütün iştirakçılara və təşkilatçılara təşəkkür edirik!