“Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir”

08.05.2025-ci il tarixində məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi.
İlk öncə Ulu Öndərin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi,Dövlət Himni səsləndirildi.
Sonra məktəbin direktoru Ruslan Nağıyev çıxış etdi və bildirdi ki,Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş böyük şəxsiyyət olub. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı və uzaqgörən qərarları ilə qısa müddətdə respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin inkişafında böyük irəliləyişə nail oldu.
Tədbir ədəbi-bədii hissə ilə davam etdi.Şagirdlərin ifasında səhnəciklər,rəqslər, şeirlər təqdim olundu.
Sonda isə Ümummilli Liderin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.