PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatı

PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edəcək şagirdlərlə maarifləndirici görüş keçirildi.
PISA (Programme for International Student  Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 90-dan çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur. 
May ayında PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil olunacaq.  Bu istiqamətdə şagirdlərin maarifləndirilməsi məqsədilə 29.04.2025-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor səlahiyyətini icra edən Elnur müəllimin iştirakı ilə qiymətləndirməyə cəlb edilmiş  şagirdlərlə görüş keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi