"Cerebry" dərslərində Təbiət və Riyaziyyat fənni istiqamətində sualların təhlili üzrə dərslərin təşkili

"Cerebry" dərsləri zamanı təbiət və riyaziyyat fənləri üzrə sualların təhlili şagirdlərin analitik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirməyə yönəldilir. Dərslər aşağıdakı mərhələlər üzrə təşkil olunur:
1. Sualın məzmununun analizi: Şagirdlərlə birlikdə sual diqqətlə oxunur,əsas anlayışlar və tələb olunan bacarıqlar müəyyənləşdirilir.
2. Həll yollarının araşdırılması: Müxtəlif həll yolları üzərində fikir mübadiləsi aparılır, arqumentlər irəli sürülür.
3. Cavabın əsaslandırılması: Şagirdlər seçdikləri cavabı əsaslandırır, alternativ cavablarla müqayisə aparılır.
4. Müəllim rəyi: Müəllim doğru yanaşmanı izah edir və düşünmə prosesini dəyərləndirir.Bu dərs prosesi şagirdlərdə tənqidi düşüncə, məntiqi nəticə çıxarma, problem həll etmə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir. Nəticədə şagirdlər Cerebry platformasında verilmiş tapşırıqlara daha hazırlıqlı və inamla yanaşırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi