“50 İlin İşığında”

Məktəbimizin 50 illik yubiley tədbiri keçirilmişdir.Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri,Xətai rayon məktəblərinin direktorları,Şəhid məzunlarımızın yaxınları, “Məktəb Guşəsi” jurnalının baş redaktoru, təqaüdçü müəllimlərimiz,məktəbi əvvəlki illərdə bitirən məzunlarımız,məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
Tədbir ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı və Dövlət Himnimiz səsləndirildi.Daha sonra məktəbin direktoru Ruslan Nağıyev çıxış edərək tədbiri açıq elan etdi.Tədbirdə çıxışlardan sonra müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş olundu.
Tədbirin sonunda müəllimlərin ifasında “Cənnətim Qarabağ” mahnısı səsləndirildi.