16 Aprel-Dünya Bioloqlar Günüdür

   16.04.2025-ci il tarixində məktəbimizdə Ümumdünya Bioloqlar Günü ilə bağlı sərgi keçirildi.Bioloqların elmi araşdırmaları nəticəsində çox xəstəlik törədicilərinin üzə çıxarılması,quruluşu və onlara qarşı mübarizə üsulları araşdırılaraq tapılmışdır.Xüsusilə, pandemiya dövründə bioloqların gördükləri işlər danılmazdır.
Bu gün bizim məktəbin bioloqları da öz günlərini,peşə bayramlarını çox gözəl qeyd etdilər.Sərgilər, canlı guşədə olan bitkilər,heyvanlar hər kəsin marağına səbəb oldu. Uşaqların gözəl əl işləri də diqqəti cəlb etdi.Ümidvarıq ki, bugünkü tədbir yadda qalan olacaq.
Bu elm sənin üçündür.Özünü öyrən,özün özünə loğman ol,təbib ol!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi