İmtahan öncəsi valideynlərlə görüş

Məktəbimizdə lX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq prosesi ilə bağlı valideynlərlə görüş keçirildi.Görüşün əsas məqsədi şagirdlərin imtahanlara hazırlıq vəziyyəti,qarşıda duran vəzifələr, valideynlərin dəstəyinin vacibliyi və imtahan öncəsi şagirdlərə psixoloji yardımın göstərilməsi məsələlərinin müzakirəsi oldu.Görüş zamanı valideynlərə imtahanların təşkili qaydaları, qiymətləndirmə meyarları haqqında geniş məlumat verildi.Eyni zamanda,şagirdlərin imtahan ərəfəsində emosional gərginliyinin azaldılması,onlara motivasiya verilməsi,stres və həyəcanla necə mübarizə aparmaq yolları barədə tövsiyələr təqdim olundu.