Aprel döyüşləri – Böyük Zəfərin başlanğıcıdır!

07.04.2025-ci il tarixində məktəbimizdə 2016-cı il Aprel döyüşlərində Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi anıldı.Şagirdlər həmin döyüşlər haqqında topladıqları məlumatları təqdim etdi.Aprel döyüşlərində Milli Ordumuzun qəhrəmanlıqları dilə gətirildi.Bu 4 günlük müharibənin qələbəyə doğru atılan ilk addımlar olduğu vurğulandı.Sonda “İgid Əsgər” mahnısı ifa olundu.