Novruz Bayramı münasibətilə müəllimlər arasında intellektual yarış

19.03.2025- ci il tarixində Novruz bayramı münasibəti lə məktəbimizdə müəllimlər arasında intellektual yarış təşkil olundu. Yarışın keçirilməsində məqsəd müəllimlərin asudə vaxtlarını səmərəli təşkil etmək və komanda ruhunu daha da gücləndirmək idi. Müsabiqədə 7 komanda iştirak etdi və onlar müxtəlif elm sahələri üzrə maraqlı və çətin suallara cavab verdilər. Yarış gərgin və eyni zamanda əyləncəli keçdi. Nəticədə ən yüksək nəticə göstərən komandalar müəyyən olundu. I, II və III yerləri qazanan komandalar sertifikat və hədiyyələrlə mükafatlandırıldı. Bu tədbir müəllimlər arasında bilik mübadiləsinə və komanda ruhunun möhkəmlənməsinə töhfə verdi. Gələcəkdə də bu cür tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Qalibləri təbrik edir və bütün iştirakçılara uğurlar arzulayırıq!