"Cerebry" layihəsi çərçivəsində Təbiət fənni üzrə kiçik summativ qiymətləndirmə.

19.03.2025- ci il tarixində "Cerebry" layihəsi çərçivəsində 9-10-cu siniflərdə təbiət fənni üzrə kiçik summativ qiymətləndirmə aparıldı. Qiymətləndirmə prosesində şagirdlərin bilik və bacarıqlarının dəyərləndirilməsi məqsədilə müxtəlif səviyyəli tapşırıqlar təqdim olundu.
Qiymətləndirmə nəticələri təhlil edilərək şagirdlərin hansı mövzularda daha çox çətinlik çəkdiyi müəyyən ediləcək və gələcək dərslərdə bu istiqamətdə dəstək tədbirləri göstəriləcəkdir. Bu yanaşma tədris prosesinin daha səmərəli təşkilinə və şagirdlərin inkişafına müsbət təsir edəcəkdir.