“Bahar çələngi” adlı ədəbi-bədii kompozisiya

18.03.2025-ci il tarixində məktəbimizdə Novruz bayramı böyük sevinclə qeyd olundu.Şagirdlərimiz milli geyimlərdə çıxış edərək şeirlər söylədilər,mahnılar oxudular,rəqs etdilər.Novruzun rəmzi olan Kosa və Keçəl səhnəciklərlə tədbirə rəng qatdılar.
Novruzun dördüncü və sonuncu çərşənbəsi olan “Torpaq çərşənbəsi” yazın tam gəlişini,torpağın oyanışını və yeni həyatın başlanğıcını simvolizə edir.
Hər kəsə sağlamlıq,xoşbəxtlik və bol ruzi arzulayırıq!