Rəsm müsabiqəsi

Məktəbimizdə rəsm müsabiqəsi təşkil olunmuşdur.Məktəbin şagirdləri müxtəlif idman növlərinə aid rəsmlər çəkmiş və onları sərgiləmişlər. Müsabiqə-sərginin təşkilində məqsəd uşaq və gənclərin fiziki inkişafının təmin edilməsi üçün onların idmana marağını artırmaq,sağlam həyat tərzinin formalaşmasında böyük rol oynayan idmanı təbliğ etmək,məktəblilərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək,asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.