"Ən sürətli şagird" qaçış yarışı keçirildi

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədi ilə idman həftəsi layihəsi davam etdirilir.
Bu məqsədlə fiziki tərbiyə müəlliminin təşkilatçılığı ilə məktəbimizin şagirdləri arasında "Ən sürətli şagird" yarışı keçirilib. Şagirdlər müəyyən edilmiş məsafələrdə qaçaraq bir-biriləri ilə yarışdılar.
Yarış şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb etmişdir.